Ana səhifə / İdman / Azərbaycan millisi Qazaxıstanla iki yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisi Qazaxıstanla iki yoldaşlıq görüşü keçirəcək 04.05.2026, 15:36 Operativ Media Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.AFFA-dan Operativ Media-ya verilən məlumata görə, milli hazırlıq dönəmində - mayın 7-si və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.Yığmaya dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:Qapıçılar: Elçin Qasımov, Emil Omarov;Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.