Menyu

İsrail HHQ ABŞ istehsalı olan F-35 və F-15IA qırıcılarının alınmasını təsdiqləyib

Operativ Media
İsrail HHQ ABŞ istehsalı olan F-35 və F-15IA qırıcılarının alınmasını təsdiqləyib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) ABŞ istehsalı olan "F-35" və "F-15IA" qırıcılarından ibarət iki yeni eskadron alacaq.

Operativ Media xəbər verir ki, bu haqda İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, silah satınalmaları üzrə nazirlər komissiyası bu təyyarələrin iki böyük partiyasının alınmasını artıq təsdiqləyib.

Bəyanatda alınacaq döyüş maşınlarının dəqiq sayı və sövdələşmələrin məbləği açıqlanmasa da, söhbətin "on milyardlarla şekel"dən getdiyi bildirilir. Bu, İsrail HHQ üçün dördüncü "F-35" və ikinci "F-15IA" eskadronu olacaq. Müdafiə Nazirliyindən qeyd olunub ki, tədarük müqavilələrinə təyyarələrin İsrail HHQ-nin sistemlərinə inteqrasiyası, hərtərəfli texniki xidmət, ehtiyat hissələri ilə təminat və logistik dəstək işləri daxildir.

Nazirlik vurğulayıb ki, bu satınalmalar İsraildə maksimum dərəcədə özünü təmin edən hərbi-sənaye kompleksinin yaradılması üzrə onillik proqramın icrasının ilk mərhələsidir. Sözügedən plan 2025-ci ilin sonunda Baş nazir Benyamin Netanyahu tərəfindən təqdim edilib və layihə üçün ümumilikdə 350 milyard şekel (118,9 milyard dollar) həcmində büdcə ayrılıb.

İsrailin müdafiə naziri İsrael Kats qərarı belə şərh edib: "F-35 və F-15IA satınalmaları İsrail Müdafiə Ordusunun uzunmüddətli keyfiyyət üstünlüyünü təmin etmək üçün nəzərdə tutulan 'İsrail Qalxanı' planında mərkəzi yer tutur. Bu plan çərçivəsində İsrail HHQ avtonom uçuş imkanlarını və yeni nəsil müdafiə sistemlərini tətbiq etməklə, habelə həm müdafiə, həm də hücum məqsədilə kosmosda üstünlüyü təmin edərək böyük texnoloji sıçrayış etməlidir".

O, həmçinin əlavə edib: "Missiyamız aydındır: İsrail Müdafiə Ordusunu lazımi alətlər, imkanlar və güclə təmin etmək ki, o, istənilən yerdə və istənilən vaxt fəaliyyət göstərə bilsin. İsrailin bugünkü və gələcək təhlükəsizliyini qorumaq üçün investisiya yatırmağa, güclənməyə və düşmənlərimizi qabaqlamağa davam edəcəyik".

Əlaqəli Xəbərlər