Menyu

Boris Pistorius: Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır

Operativ Media
Boris Pistorius: Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır

Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Almaniyadan qoşun çıxarmaq qərarına münasibət bildirərkən səsləndirib.

Nazir qeyd edib ki, Almaniya gələcək missiyalarda Böyük Britaniya, Fransa, İtaliya və Polşanı əhatə edən “Beşlər qrupu” ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Onun sözlərinə görə, ABŞ-ın Almaniya da daxil olmaqla Avropadan qoşun çıxarması əvvəlcədən gözlənilən addım idi.

Qeyd edək ki, Pentagon Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını açıqlayıb.

Əlaqəli Xəbərlər