İranın Zəncan əyalətində ABŞ və İsrailin hücumları zamanı partlamamış sursatların məhv edilməsi nəticəsində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 14 üzvü həlak olub.
Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bölgədə davam edən axtarış və təmizləmə əməliyyatları nəticəsində 15 mindən çox partlamamış sursat aşkar edilərək məhv edilib.