Menyu

Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumlar artırılacaq

Operativ Media
Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumlar artırılacaq

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal edilən avtomobil və yük maşınları üzrə tariflərin artıq növbəti həftə 25 %-ə qədər artırılacağını anons edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, Tramp öz paylaşımında Aİ-ni ABŞ ilə ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

"Bu xəbəri elan etməkdən məmnunam: növbəti həftə Aİ-dən ABŞ-yə idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan tarifləri artıracağam, çünki ittifaq tam razılaşdırılmış ticarət sazişinə riayət etmir. Tariflər 25 %-ə qədər artırılacaq", - o yazıb.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.

O həmçinin qeyd edib ki, ölkədə 100 milyard dollardan çox investisiya ilə yeni avtomobil zavodlarının inşası aparılır və bunu sənaye tarixində rekord adlandırıb.

"Hazırda 100 milyard dollardan çox investisiya qoyulmuş çoxlu sayda avtomobil və yük maşını zavodları tikilir - bu, avtomobil və yük maşınları istehsalı tarixində rekorddur. Heyəti amerikalı işçilərdən ibarət olan bu zavodlar tezliklə açılacaq - Amerikada əvvəllər heç vaxt belə bir şey baş verməmişdi!", - ABŞ lideri vurğulayıb.

Əlaqəli Xəbərlər