8 ölkədən 185 idmançı "Heydər Əliyev kuboku-2026" uğrunda yarışacaq
Operativ Media
Mayın 2-də Bakı Boks Mərkəzində 17 yaşadək (U-17) oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri başlayacaq.
Operativ Media xəbər verir ki, ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparacaq.
Cəmi 185 boksçunun qatılacağı turnirdə oğlanlar 14, qızlar isə 9 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər. Yarışın ilk günü saat 15:00-da açılış mərasimi keçiriləcək və dərhal sonra döyüşlərə start veriləcək.
Turnirin supervayzeri ukraynalı Pavlo Vasilinçuk, baş hakimi isə Anar Babanlıdır. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də baş tutacaq.