Menyu

Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici komandada fərqləniblər

Operativ Media
Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici komandada fərqləniblər

Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən "Qarabağ"ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar.

Operativ Media xəbər verir ki, hər iki oyunçu XXIV turda keçirilən "Qarabağ-2" - "Zirə-2" matçında fərqləniblər.

Görüş "Qarabağ-2"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov daxili nizam-intizam qaydalarını pozduqları üçün əsas komandadan uzaqlaşdırılıblar.

Əlaqəli Xəbərlər