Menyu

AFFA "Qarabağ"ı 8000 manat cərimələdi

Operativ Media
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi

"Qarabağ" klubu 8000 manat cərimələnib.

Operativ Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" ilə matçda yaşananlar səbəb olub.

Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə beşinci dəfə təkrarlanıb.

"Neftçi" isə beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

Əlaqəli Xəbərlər