Əraqçi: İrana qarşı əməliyyat ABŞ-yə 100 milyard dollara başa gəlib
Şəfa Hüseynli
ABŞ İrana qarşı hücumlara təxminən 100 milyard dollar xərcləyib və bunun Amerika xalqı üçün dolayı xərcləri daha da böyük olub.
Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Pentaqon yalan danışır. Netanyahunun macərası artıq Amerikaya 100 milyard dollara başa gəlib ki, bu da bildirilən məbləğdən dörd dəfə çoxdur. Amerika vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir", - deyə o, X-də yazıb.