Şahmat üzrə FIDE reytinqi açıqlandı: Azərbaycanın aparıcı qrossmeysterlərinin mövqeləri bəlli olub
Operativ Media
Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub.
Operativ Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov may ayının cədvəlində 2717 əmsalla 26-cı pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2689) 39-cu, əmsalını 2665-ə çatdıran Aydın Süleymanlı 49-cu, Eltac Səfərli (2648) 70-ci, Rauf Məmmədov (2636) 90-cı sıradadır.
Qadınlardan ən yaxşı göstərici Ülviyyə Fətəliyevaya (2450) məxsusdur. O, hazırda 25-cidir. Günay Məmmədzadə (2374) 69-cu, Gövhər Beydullayeva (2368) 72-ci, Xanım Balacayeva (2350) 94-cüdür.
Qeyd edək ki, kişilərdə norveçli Maqnus Karlsen (2840), qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edirlər.