Menyu

“Qızıl top” üçün əsas namizədlərin reytinqi açıqlanıb

Operativ Media
“Qızıl top” üçün əsas namizədlərin reytinqi açıqlanıb

2025/26 mövsümünün yekunlarına əsasən "Qızıl top" mükafatına əsas namizədlərin yenilənmiş reytinqi açıqlanıb.

Operativ Media xəbər verir ki, bu haqda "Goal.com" portalı məlumat yayıb.

Siyahıya "Bavariya"nın hücumçusu Harri Keyn başçılıq edir. İkinci yerdə onun komanda yoldaşı Maykl Olise, üçüncü pillədə isə "Barselona"nın vingeri Lamin Yamal qərarlaşıb.

Reytinqin ilk altılığına Luis Dias ("Bavariya"), Erlinq Holand ("Mançester Siti") və Kilian Mbappe ("Real") də daxil edilib. Onları Usman Dembele ("PSJ"), Deklan Rays ("Arsenal"), Xviça Kvarasxeliya ("PSJ") və Xulian Alvares ("Atletiko") izləyir. "İnter Mayami"nin hücumçusu Lionel Messi 13-cü, "Əl-Nəsr"in forvardı Kriştianu Ronaldu isə 14-cü mövqedə yer alıb.

2026-cı ildə "Qızıl top"un təqdimetmə mərasimi sentyabr ayında ənənəvi olaraq Parisin "Şatle" teatrında keçiriləcək. Xatırladaq ki, 2025-ci ildə bu mükafata Usman Dembele layiq görülüb, səsvermənin nəticələrinə görə Lamin Yamal ikinci olub.

Əlaqəli Xəbərlər