Menyu

Canni İnfantino 2031-ci ilədək FIFA-ya rəhbərlik etmək niyyətindədir

Operativ Media
Canni İnfantino 2031-ci ilədək FIFA-ya rəhbərlik etmək niyyətindədir

FIFA prezidenti Canni İnfantino 2031-ci ilədək vəzifəsində qalmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, funksioner bu barədə qurumun Kanadanın Vankuver şəhərində keçirilən Konqresində açıqlama verib.

O, 2027-ci ildə yenidən FIFA prezidenti seçilmək istədiyini söyləyib.

Xatırladaq ki, İnfantino 2016-cı ildən ali futbol qurumuna rəhbərlik edir. Təşkilatın nizamnaməsinə əsasən, bir şəxs yalnız üç dəfə bu posta seçilə bilər. Lakin 2022-ci ildə FIFA Şurası onun 2016-cı ildən 2019-cu ilədək prezident kimi ilk müddətini nəzərə almamaq qərarına gəlib. O, 2023-cü ildəki seçkilərdə yeganə namizəd olub.

Əlaqəli Xəbərlər