Tramp Kral və Kraliçanın şərəfinə viski tariflərini aradan qaldırıb
ABŞ Prezidenti Donald Tramp viski tariflərinin aradan qaldırıldığını elan edib.
Operativ Media xəbər verir ki, o, bu barədə "TruthSocial"da yazıb.
Tramp bildirib ki, viski və burbon üzrə tarifləri və məhdudiyyətləri aradan qaldırıb.
"Ağ Evi tərk edən və tezliklə gözəl ölkələrinə qayıdan Birləşmiş Krallıq Kralı və Kraliçasının şərəfinə, Şotlandiya və Kentukki sənayesində iki çox vacib məhsul olan viski və burbon üzrə tarifləri və məhdudiyyətləri qaldırıram.
İnsanlar uzun müddətdir ki, bunu etmək istəyirdilər, çünki geniş beynəlxalq ticarət, xüsusən də istifadə olunan taxta çəlləklərlə bağlı idi. Kral və Kraliça məni heç kimin edə bilmədiyi bir şeyi etməyə məcbur etdilər, hətta soruşulmadan belə! Hər ikisinin ABŞ-də olmasından şərəf duyuram", - deyə Tramp qeyd edib.