Menyu

"Mançester Yunayted" yarımmüdafiəçisi ilə müqaviləni uzatdı

Operativ Media
"Mançester Yunayted" yarımmüdafiəçisi ilə müqaviləni uzatdı

"Mançester Yunayted" yarımmüdafiəçi Kobbi Maynu ilə müqavilənin müddətini uzadıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 21 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2031-ci ilin iyununa qədər nəzərdə tutulub. "Mançester Yunayted"in yetirməsi olan Maynu cari mövsümdə bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ümumilikdə "Mançester Yunayted"in əsas heyətində 98 oyun keçirən yarımmüdafiəçi 7 qol vurub, 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

İngiltərə Premyer Liqasının 2025/26 mövsümünün turnir cədvəlində 34 turdan sonra 61 xal toplayan "Mançester Yunayted" üçüncü pillədə qərarlaşıb. Komanda mayın 3-də doğma meydanda "Liverpul"u qəbul edəcək.

Əlaqəli Xəbərlər