Menyu

Tacikistan və Avstriya XİN başçıları arasında telefon danışığı olub

Xəbərlər redaksiyası
Tacikistan və Avstriya XİN başçıları arasında telefon danışığı olub

Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinlə Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı nazirlər Tacikistan və Avstriya arasında qarşılıqlı maraq doğuran sahələr üzrə faydalı əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələlərini nəzərdən keçiriblər.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər