Kanada DÇ-2026-nın təhlükəsizliyi üçün əlavə 145 milyon dollar ayırıb
Operativ Media
Kanada hakimiyyəti dünya çempionatının təhlükəsizliyini təmin etmək məqsədilə əlavə 145 milyon Kanada dolları (106 milyon ABŞ dolları) vəsait ayırıb.
Operativ Media "The Globe and Mail" qəzetinə istinadən xəbər verir ki, bu vəsait çempionatın 13 oyununa ev sahibliyi edəcək Vankuver və Toronto şəhərlərinin büdcələrinə köçürüləcək.
Bundan əvvəl Ottava eyni məqsədlə 220 milyon Kanada dolları (161 milyon ABŞ dolları) ayırmışdı. Mənbənin bildirdiyinə görə; federal, regional və şəhər büdcələrini əhatə edən ümumi təhlükəsizlik xərcləri 1 milyard Kanada dollarından (730 milyon ABŞ dolları) çox olacaq.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında Kanada, Meksika və ABŞ-də keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.