Bakıda gənc atletlər arasında yay birinciliyi baş tutacaq
Operativ Media
Mayın 1-2-də atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək.
Bu barədə Operativ Media-ya Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
Turnir qurumla Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan İdman Akademiyasının stadionunda və federasiyanın atma növləri üzrə bazasında keçiriləcək yarışda 2011-2012 təvəllüdlü idmançılar mübarizə aparacaqlar.