İsrail Sumud donanmasından 21 gəmini ələ keçirib
İsrail qüvvələri Qəzza zolağına gedən "Qlobal Sumud Donanması" adlandırılan humanitar donanmanın 21 gəmisini ələ keçirib.
Operativ Media xəbər verir ki, bu barədə flaqman gəmisində olan türkiyəli jurnalist Ümmü Gülsüm Durmuş CNN Türk -ə məlumat verib.
"Hücum gecə Krit adasının qərbində, Yunanıstanın ərazi sularından 56 dəniz mili məsafədə qəfildən başladı. Əvvəlcə lazer şüaları gəmilərimizə yönəldildi. Sonra alovlu atəş açıldı. Dronlar da alçaqdan uçurdu və yeddi hərbi gəmi yaxınlıqda idi. 21 gəmiyə qarşı tədbir görüldü. Əsgərlər onlara mindirdilər və apardılar. Hələ də onların hara aparıldığını bilmirik; bizə bu barədə məlumat verilməyib", - deyə o bildirib.
Durmuş həmçinin qeyd edib ki, İsrail qüvvələri rabitəni maneə törədən cihazlardan istifadə edib, buna görə də donanma kapitanları bir müddət rabitə və naviqasiyadan tamamilə kəsiliblər.