Azərbaycan Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində 6 cüdoçu ilə təmsil olunacaq
Operativ Media
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək.
Operativ Media xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan bu mötəbər yarışda 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.
Azərbaycan turnirdə kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.