Hizbullah İsrail qüvvələrinə qarşı genişmiqyaslı hücuma keçib
Şəfa Hüseynli
Livanın Hizbullah hərəkatı sərhəddəki istehkamda toplanmış İsrail qoşunlarına kütləvi pilotsuz təyyarə hücumu etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Bildirilib ki, yeni yaradılmış Nimr əl-Cəmal mövqeyində İsrail ordusuna zərbə endirilib.
Hizbullah hərəkatı İsrail ordusuna qarşı altı döyüş əməliyyatı həyata keçirdiyini, o cümlədən Qantara yaşayış məntəqəsi üzərində İsrailə məxsus "Hermes 900" çoxməqsədli pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.