Noyer karyerasında beşinci dəfə 5 qol buraxdı
"Bavariya" Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə uduzub (4:5).
Operativ Media xəbər verir ki, münhenlilərin qapısını Manuel Noyer qoruyub. Bu, onun karyerasında beş qol buraxdığı beşinci oyun olub.
40 yaşlı almaniyalı qolkiper "Bavariya"nın heyətində üç, "Şalke"də isə iki dəfə qapısında beş qol görüb. PSJ ilə matçdan başqa, "Bavariya" iki dəfə "Ayntraxt"a 1:5 hesabı ilə məğlub olub. "Şalke"nin heyətində isə Noyer "Kayzerslautern" (0:5) və "Verder"lə (1:5) oyunlarda oxşar uğursuzluqla üzləşib.
Çempionlar Liqasının yarımfinalı çərçivəsində PSJ və "Bavariya" arasındakı cavab qarşılaşması bir həftə sonra, mayın 6-da Münxendə keçiriləcək. Bu cütün qalibi finalda "Atletiko" – "Arsenal" qarşıdurmasının qalibi ilə qarşılaşacaq.