2-ci Liqa: "Xankəndi" heç-heçə etdi, "Quba" qalib gəldi
Operativ Media
Futbol üzrə Azərbaycan II Liqasında XXIV tura yekun vurulub.
Operativ Media xəbər verir ki, son gündə iki qarşılaşma baş tutub.
Turun mərkəzi oyunu lider "Xankəndi" ilə 2-ci pillədə olan "Qaradağ Lökbatan" arasında baş tutub. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Digər görüşdə isə "Quba" səfərdə "Şəmkir"ə qalib gəlib.
II Liqa, XXIV tur
28 aprel
"Xankəndi" - "Qaradağ Lökbatan" 1:1
Qollar: E.Nəsibov, 45+5 - F.Abbaslı, 90+7
Qırmızı vərəqə: E.Nəsibov, 90+5, B.Teymurov, 90+8 (hər ikisi "Xankəndi")