Menyu

"Mançester Siti"nin müdafiəçisi 10 ildən sonra komandanı tərk edir

Operativ Media
"Mançester Siti"nin müdafiəçisi 10 ildən sonra komandanı tərk edir

"Mançester Siti"nin müdafiəçisi Con Stouns mövsümün sonunda komandadan ayrılacaq

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun klubla müqaviləsi iyunun 30-da başa çatır.

"Con Stouns yayda “Mançester Siti”ni tərk edərək klubdakı unudulmaz və olduqca uğurlu on illik dövrünü başa vuracaq", – deyə "şəhərlilər"in bəyanatında bildirilir.

Stouns "Mançester Siti"yə 2016-cı ildə qoşulub. On il ərzində o, bütün turnirlərdə komandanın heyətində 293 oyun keçirib. Müdafiəçi klubla birlikdə altı qat İngiltərə Premyer Liqasının çempionu olub, iki dəfə İngiltərə Kubokunu və Superkubokunu qazanıb, üç dəfə İngiltərə Liqa Kubokuna sahib çıxıb. O, həmçinin bir dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

2025/26 mövsümündə Stouns "Mançester Siti" forması ilə bütün turnirlərdə 13 matça çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Futbolçu karyerası ərzində daha əvvəl "Everton" və "Barnsli" klublarında da çıxış edib.

Əlaqəli Xəbərlər