Menyu

"Real Madrid" baş məşqçi postu üçün Joze Mourinyo variantını nəzərdən keçirir

Operativ Media
"Real Madrid" baş məşqçi postu üçün Joze Mourinyo variantını nəzərdən keçirir

"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"in baş məşqçisi postuna əsas namizəddir.

Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Madrid klubunun prezidenti Florentino Peres 63 yaşlı mütəxəssisi geri qaytarmağı planlaşdırır, lakin klub daxilində bu ideyaya qarşı çıxanlar da var. Qeyd olunur ki, yeni baş məşqçinin təyinatı ilə bağlı qərarı məhz prezident özü verəcək. Bu, Peresin razılığı ilə baş məşqçi seçimini baş direktor Xose Anxel Sançesin etdiyi Xabi Alonso təyinatından fərqli bir yanaşmadır.

Mourinyo 2025-ci ilin sentyabrından "Benfika"da çalışır və onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. O, 2010-2013-cü illərdə "Real"ı çalışdırıb və klubla birlikdə İspaniya çempionluğu, ölkə kuboku və superkubokunu qazanıb.

Əlaqəli Xəbərlər