Sadıq Sadıqov: "Tahir Gözəl bazanı Quzanlıda düzəltsin, komandanı orada qarşılasın"
Suraxanıdakı baza "Qarabağ"a 25 illik icarəyə verilib.
Operativ Media xəbər verir ki, bunu Futbolinfo.az saytına müsahibəsində "Neftçi" İdman Klubunun İdarə Heyəti sədrinin müşaviri Sadıq Sadıqov deyib.
O, "Qarabağ"ın bazanı Quzanlıda tikməli olduğunu vurğulayıb.
“Neftçi” İSM-ə məxsusdur. “Qarabağ” rəhbərliyi də çox gözəl bilir ki, klubun inkişafı üçün ora 25 illik onlara icarəyə verilib. Çünki o vaxt Quzanlıda vəziyyət indiki kimi deyildi. Bizə Quzanlıda futbolun inkişafı lazımdır. Suraxanıdakı bazada biz Fərid Mənsurov, Rövşən Bayramov, Rəsul Çunayev kimi idmançılar yetişdirmişik. Ora gün ərzində 700-800 uşaq gəlib-gedir, əla zallarımız var. Suraxanıda yeganə ərazidir ki, pulsuzdur. Get “Qarabağ”a de ki, onlara verilən əraziyə baxmaq istəyirsən, gör səni buraxacaqlar? Amma “Neftçi”yə yaxınlaş, uşağını təmənnasız idmana yazdır. Yaxşı, biz öz ərazimizi də verdik “Qarabağ”a, bəs idmanla məşğul olan uşaqlar hara gedəcək? Niyə oranı istəyirlər? Çünki hər cür şərait var. Məgər Tahir Gözəlin tapa biləcəyi başqa yer yoxdur? Getsin boş ərazilərdə özünə baza tiksin də. Quzanlıda düzəltsin, komandanı orada qarşılasın".
Qeyd edək ki, "Qarabağ" klubu "Neftçi " İSM-ə məxsus ərazini alıb, orada baza tikmək istəyir.