Menyu

Eder Militao zədə səbəbindən DÇ-2026-da iştirak edə bilməyəcək

Operativ Media
Eder Militao zədə səbəbindən DÇ-2026-da iştirak edə bilməyəcək

"Real Madrid"in və Braziliya millisinin müdafiəçisi Eder Militao aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Operativ Media "El Mundo" nəşrinin jurnalisti Abraham Romeroya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu bu həftə əməliyyat olunacaq və onun bərpa prosesinin təxminən 5 ay çəkəcəyi gözlənilir. Beləliklə, müdafiəçi DÇ-2026-da iştirak edə bilməyəcək.

Bundan əvvəl Militaonun bud nahiyəsindəki zədəsinin yenilənməsi səbəbindən klub mövsümünün qalan hissəsini qaçıracağı məlum olmuşdu. Müdafiəçi İspaniya La Liqasının 33-cü turunda baş tutan "Alaves"lə matçın (2:1) ilk hissəsindən sonra zədə səbəbindən meydanı tərk etmişdi.

Qeyd edək ki, Braziliya yığması DÇ-2026-nın C qrupunda Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər