Menyu

"Real Madrid"in bombardiri Mbappenin son durumu bəlli oldu

Operativ Media
"Real Madrid"in bombardiri Mbappenin son durumu bəlli oldu

"Real Madrid"in hücumçusu Kilyan Mbappenin sol ayağının yarımvətər əzələsindən zədə aldığı diaqnozlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat paylaşıb.

Klubun yaydığı bəyanatda bildirilir: "Bu gün tibbi heyətimiz tərəfindən aparılan müayinələrdən sonra Kilyan Mbappenin sol ayağının yarımvətər əzələsindən zədə aldığı müəyyən edilib".

Daha əvvəl mətbuatda Mbappenin bu zədə səbəbindən 2025/26 mövsümünün qalan hissəsini qaçıracağı barədə məlumatlar yayılmışdı. Xatırladaq ki, o, La Liqanın 32-ci turu çərçivəsində keçirilən "Betis"lə matçın (1:1) 81-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.

Cari mövsümdə 27 yaşlı fransalı hücumçu bütün turnirlər daxil olmaqla 41 matçda iştirak edib, 41 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Mbappe, həmçinin fevral və mart aylarında dizindəki problemlər səbəbindən bəzi oyunları buraxmalı olmuşdu.

Əlaqəli Xəbərlər