Menyu

UEFA-dan İtaliyaya sərt xəbərdarlıq: İtaliya klubları avrokuboklardan kənarlaşdırıla bilər

Operativ Media
UEFA-dan İtaliyaya sərt xəbərdarlıq: İtaliya klubları avrokuboklardan kənarlaşdırıla bilər

UEFA prezidenti Aleksander Çeferin İtaliya Futbol Federasiyasının daxili işlərinə dövlət müdaxiləsi olacağı təqdirdə ölkə futbolunu ağır sanksiyaların gözlədiyinə dair xəbərdarlıq edib.

Operativ Media "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası qəyyuma dövr ediləcəyi təqdirdə, UEFA İtaliya klublarını bütün beynəlxalq turnirlərdən kənarlaşdıracaq. Bundan əlavə, İtaliyanın EURO 2032-yə ev sahibliyi etmək hüququnun da əlindən alınacağı bildirilir.

Qeyd edək ki, UEFA nizamnaməsi federasiyaların müstəqilliyini tələb edir və siyasi institutların futbol idarəçiliyinə müdaxiləsini qəti şəkildə qadağan edir.

Əlaqəli Xəbərlər