Menyu

"Qarabağ" niderlandlı qapıçı ilə maraqlanır

Operativ Media
"Qarabağ" niderlandlı qapıçı ilə maraqlanır

Yaydan bəri Kiprin "Pafos" klubunda çıxış edən və bu mövsüm komandası ilə Çempionlar Liqasında mübarizə aparan sabiq "Ayaks"lı qapıçı Cey Qorterin karyerasında dəyişiklik gözlənilir.

Operativ Media Niderlandın nüfuzlu "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu qapıçının transferi üçün artıq rəsmi müraciət edib. Lakin Qorterin Azərbaycana köçmək variantına isti baxmadığı bildirilir. Qolkiper hələlik bu marağı cavabsız qoyur. O, karyerasını daha çox keçmiş klubu “Qou Ehed İqls”də davam etdirməyə üstünlük verir.

Qeyd edək ki, Kipr təmsilçisində əsas heyətə düşməyi bacaran 24 yaşlı qolkiper, klubun üzləşdiyi maliyyə çətinlikləri səbəbindən komandadan ayrılmağa hazırlaşır.

Əlaqəli Xəbərlər