Menyu

İslam Bazarqanov Albaniyada Avropa çempionu olub

Operativ Media
İslam Bazarqanov Albaniyada Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi adını qazanıb.

Operativ Media xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib.

İslam Bazarqanov (57 kiloqram) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.


Cəbrayıl Hacıyev (79 kiloqram) də karyerasının ən böyük uğuruna imza atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan (8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb.


Əlaqəli Xəbərlər