Klaudio Ranieri "Roma"dakı postunu tərk edib
Operativ Media
Klaudio Ranieri "Roma" klubunun baş müşaviri vəzifəsindən ayrılıb.
Operativ Media xəbər verir ki, bu haqda İtaliya klubunun mətbuat xidməti bəyanat yayıb.
"Klub “Roma”nın inkişafındakı mühüm xidmətlərinə görə Klaudioya təşəkkür edir. O, komandaya çox çətin bir dövrdə rəhbərlik edib və biz göstərdiyi səylərə görə ona hər zaman minnətdar olacağıq", - deyə bəyanatda qeyd edilib.
Bundan əvvəl "Corriere della Sera" nəşri italyan mütəxəssislə komandanın baş məşqçisi Can Pyero Qasperini arasında uzunmüddətli münaqişənin olduğu barədə məlumat yaymışdı.
74 yaşlı Ranieri 2009–2011-ci illərdə, 2019-cu ildə və son olaraq 2024–2025-ci illərdə Roma təmsilçisinə məşqçilik edib. O, məhz bu klubdakı son fəaliyyətindən sonra məşqçilik karyerasını başa vurub.