"Milan" və "Bavariya" Vlahoviçlə maraqlanır
Operativ Media
Duşan Vlahoviç "Yuventus"la müqaviləsini yeniləməsə, "Milan" və "Bavariya" hücumçunu azad agent kimi transfer etməyə çalışa bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Mənbə qeyd edir ki, 26 yaşlı serbiyalı futbolçunun müqavilə yeniləməyəcəyi ilə bağlı yaranan qeyri-müəyyənlik onun namizədliyinin müxtəlif səviyyələrdə geniş müzakirəsinə səbəb olub.
Vlahoviç 2022-ci ilin yanvarından "Yuventus"da çıxış edir və onun klubla hazırkı sözləşməsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulub. 2025/26 mövsümündə hücumçu meydana çıxdığı 18 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.