Menyu

Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubuna keçdi

Operativ Media
Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubuna keçdi

Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə karyerasını Türkiyədə davam etdirəcək.

Operativ Media xəbər verir ki, təcrübəli müdafiəçi Türkiyənin "Volves" klubu ilə müqavilə imzalayıb. Bu barədə komandanın baş məşçisi Yağız Sabuncuoğlu məlumat yayıb.

32 yaşlı futbolçu artıq yeni klubu ilə məşqlərə qoşulub. Müqavilənin detalları və müddəti barədə hələlik açıqlama verilməyib.

Xatırladaq ki, Təmkin Xəlilzadə müxtəlif illərdə AZAL, "Qarabağ", "Zirə", "Qəbələ" və "Sabah" klubların formasını geyinib. O, Azərbaycan millisində 25 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Son illərdə daha çox minifutbolda çıxış edən müdafiəçi 2025-ci ildə ilin Azərbaycanın ən yaxşı minifutbolçusu seçilib.

Qeyd edək ki, "Volves" komandası həvəskar futbol və futzal liqalarında yarışır.

Əlaqəli Xəbərlər