Menyu

Ceydon Sançonun "Borussiya Dortmund"a qayıdışı gündəmdədir

Operativ Media
Ceydon Sançonun "Borussiya Dortmund"a qayıdışı gündəmdədir

"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço yayda Dortmund "Borussiya"sına qayıda bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

Mənbə qeyd edir ki, 26 yaşlı ingiltərəli futbolçu yenidən Almaniya klubunda oynamağa razıdır. Onun "Mançester Yunayted" ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir, bu isə oyunçunun yayda "Borussiya"ya azad agent statusu ilə qoşulmasına imkan yaradır.

Sanço daha əvvəl 2017-2021-ci illərdə, həmçinin 2023/24 mövsümünün ikinci yarısında icarə əsasında Dortmund təmsilçisində çıxış edib. O, komandanın heyətində keçirdiyi 158 rəsmi oyunda 53 qol vurub və 67 məhsuldar ötürmə edib.

Hazırkı 2025/26 mövsümündə Sanço icarə əsasında "Aston Villa"da çıxış edir və burada keçirdiyi 31 matçda 1 qol, 1 ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər