Menyu

Tramp İran yığmasının dünya çempionatında İtaliya ilə əvəzlənməsi ehtimalını dəyərləndirir

Operativ Media
Tramp İran yığmasının dünya çempionatında İtaliya ilə əvəzlənməsi ehtimalını dəyərləndirir

ABŞ Prezidenti Donald Tramp qarşıdakı futbol üzrə dünya çempionatında İran yığmasının İtaliya komandası ilə əvəzlənməsi imkanını nəzərdən keçirəcəyini bəyan edib.

Operativ Media xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ Prezidenti İran komandasının İtaliya yığması ilə əvəzlənməsi barədə sualı maraqlı adlandırıb. O, "İcazə verin, bu barədə bir az düşünüm" deyərək, məsələyə münasibət bildirməsi üçün Dövlət katibi Marko Rubioya müraciət edib.

ABŞ-nin xarici siyasət idarəsinin rəhbəri isə öz növbəsində bildirib ki, "Birləşmiş Ştatlar [iranlı idmançılara] gəlməməyi tapşırmayıb". Rubio məsələni belə izah edib:

"İranla bağlı problem onların idmançılarında deyil, özləri ilə gətirmək istədikləri şəxslərdədir. Belə ki, həmin şəxslərin bəzilərinin SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu — İran Silahlı Qüvvələrinin elit bölməsi) ilə əlaqələri ola bilər. Onlar gəlməmək qərarını özləri veriblər".

Amerika lideri isə bu məqamda "Biz idmançılara zərər vermək istəməzdik" deyə vurğulayıb.

Bundan əvvəl "Financial Times" qəzeti məlumat yaymışdı ki, ABŞ Prezidentinin qlobal tərəfdaşlıq üzrə xüsusi elçisi Paolo Dzampolli dünya çempionatında İran yığmasını İtaliya komandası ilə əvəz etməyi təklif edib. O, müvafiq təkliflə həm ABŞ liderinə, həm də Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya müraciət edib. Qeyd edək ki, İtaliya yığması çempionatın seçmə mərhələsini keçə bilməyib.

Əlaqəli Xəbərlər