Ana səhifə / İdman / Avropa Çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazandı Avropa Çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazandı 23.04.2026, 21:23 Operativ Media Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.Operativ Media-nın verdiyi məlumata görə, yarışın dördüncü günündə Azərbaycanın qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparıb.59 kq çəki dərəcəsində yarışan Günay Qurbanova Marta Qetmanovaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər üç qadın güləşçisi də xalça üzərinə çıxmışdı.