Menyu

Cəbrayılda kəmər dərəcələri üzrə rəsmi cüdo imtahanı keçiriləcək

Operativ Media
Cəbrayılda kəmər dərəcələri üzrə rəsmi cüdo imtahanı keçiriləcək

Aprelin 29-da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Operativ Media xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs üçün açıqdır. Kəmər seçimi iştirakçıların yaş uyğunluğuna əsasən müəyyənləşdiriləcək. İmtahanı uğurla başa vuran namizədlərə federasiya tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Əlaqəli Xəbərlər