Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib
Operativ Media
Danimarkanın Horsens şəhərində Avropa badminton qurumunun hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, səsvermənin nəticələrinə əsasən, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib.
Bununla da o, 2026–2030-cu illər ərzində qurumun idarəçiliyində Azərbaycanı təmsil etmək hüququ qazanıb.