Menyu

KİV: Hakan Çalhanoğlu 2026/27 mövsümündə də "İnter"də qalacaq

Operativ Media
KİV: Hakan Çalhanoğlu 2026/27 mövsümündə də "İnter"də qalacaq

"İnter" yarımmüdafiəçi Hakan Çalhanoğlunu 2026/27 mövsümü üçün komandada saxlamaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, bu barədə "FCInter1908" portalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, 32 yaşlı türkiyəli futbolçu ilə müqavilənin müddətinin uzadılmasını razılaşdırmaq mümkün olmayıb. Mövcud vəziyyət tərəflər arasında əldə olunmuş müəyyən bir kompromis hesab olunur. Çalhanoğlu müqaviləsini hazırkı illik 6,5 milyon avroluq maaşına bərabər və ya ondan daha yüksək şərtlərlə yeniləməyə ümid etsə də, "İnter"in gənc futbolçulara üstünlük verməsi və 30 yaşdan yuxarı oyunçuların müqavilə müddətinin uzadılması ilə bağlı tətbiq etdiyi ciddi məhdudiyyətlər bunu qeyri-mümkün edib.

Vəziyyətin açıq münaqişəyə çevrilməməsi üçün tərəflər hər şeyi olduğu kimi saxlamağa qərar veriblər: Çalhanoğlu qüvvədə olan müqaviləsinin sonuna qədər komandada qalacaq. Şərait dəyişərsə, o cümlədən yarımmüdafiəçi daha aşağı maaşla razılaşarsa, uzunmüddətli yeni sazişin imzalanması ehtimalı yenidən nəzərdən keçirilə bilər.

Hakan Çalhanoğlu 2021-ci ilin iyul ayından "İnter"də çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Yarımmüdafiəçi 2025/26 mövsümündə keçirdiyi 30 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər