Menyu

İspaniyada yeni beynəlxalq futbolçular ittifaqı yaradılacaq

Operativ Media
İspaniyada yeni beynəlxalq futbolçular ittifaqı yaradılacaq

Mövcud futbolçu həmkarlar ittifaqı FIFPro ilə Beynəlxalq Futbol Federasiyası (FIFA) arasındakı hüquqi mübahisə fonunda, aprelin 23-də İspaniyada yeni beynəlxalq futbolçular həmkarlar ittifaqı təqdim olunacaq.

Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Media üçün yayımlanan bildirişdə qeyd olunur ki, İspaniyanın AFE təşkilatı və onun prezidenti David Aqansonun rəhbərliyi ilə dörd oyunçu ittifaqı yeni qlobal təşkilatın həmtəsisçisi olacaq. Aqanso Madriddə keçiriləcək mətbuat konfransında yeni ittifaqın planlarını açıqlayacaq.

FIFA bu addımdan xəbərdar olduğunu və yeni qurumun AIF adlanacağını bildirib. Qurumdan verilən açıqlamada deyilir: "Digərləri kimi, FIFA da AIF-in yaradılması barədə məlumatlandırılıb. Ümumi prinsip olaraq, FIFA futbolun maraqlı tərəfləri ilə nümayəndəlik də daxil olmaqla, əsas prinsipləri dəstəkləyən açıq və konstruktiv qarşılıqlı əlaqəyə sadiq qalır".

FIFPro-nun Avropa bölməsi və Avropa liqaları 2024-cü ildə beynəlxalq təqvimlə bağlı məsləhətləşmələrin aparılmamasını FIFA-nın bazardakı dominant mövqeyindən sui-istifadə etməsi kimi qiymətləndirərək məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında münasibətlər gərginləşib. FIFPro-ya yaxın mənbələr bildirir ki, 2025-ci ildə Rabatda keçirilən və FIFA-nın oyunçuların rifahı ilə bağlı bir sıra məsələlərdə konsensus əldə edildiyini bəyan etdiyi iclasa qurum dəvət olunmayıb.

FIFPro məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Əlaqəli Xəbərlər