Menyu

Avropa Çempionatı: Azərbaycanın 4 güləşçisi tatamiyə çıxacaq

Operativ Media
Avropa Çempionatı: Azərbaycanın 4 güləşçisi tatamiyə çıxacaq

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 4 qadın güləşçisi xalça üzərinə çıxacaq.

Operativ Media-nın məlumatına görə, təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andriçlə üz-üzə gələcək.

Ruzanna Məmmədova (62 kq) Ukrayna təmsilçisi İlona Prokopevnyuku sınağa çəkəcək.

Birgül Soltanova (65 kq) 1/4 finalda Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək 5 medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.

Qitə birinciliyi aprelin 26-da başa çatacaq.

Əlaqəli Xəbərlər