Menyu

Azərbaycan boksçusu Dünya Kubokunda 1/4 finala yüksəldi

Operativ Media
Azərbaycan boksçusu Dünya Kubokunda 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda növbəti qələbəsini qazanıb.

Operativ Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər veri ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə sözügedən mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.

Əlaqəli Xəbərlər