Menyu

Xətaidə 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlayanlar saxlanılıb

Operativ Media
Xətaidə 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlayanlar saxlanılıb

Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub. 

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər