Menyu

"Sky Sports": Slott gələn mövsüm "Liverpul"un baş məşqçisi olaraq qalacaq

Operativ Media
"Sky Sports": Slott gələn mövsüm "Liverpul"un baş məşqçisi olaraq qalacaq

"Liverpul"un baş məşqçisi Arne Slotun mövsümün yekununda postunda qalacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, komandanın gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmağa yaxın olması 47 yaşlı mütəxəssisin gələcəyi ilə bağlı şübhələri azaldır.

Hazırda "Liverpul" 55 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və çempionatın başa çatmasına 5 tur qalmış 6-cı yerdəki "Çelsi"ni 7 xal qabaqlayır. Beşinci yer gələn mövsüm Çempionlar Liqasında iştirakı təmin edir.

Xatırladaq ki, Slot 2024-cü ilin yayından "Liverpul"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2024/25 mövsümündə Premyer Liqanın çempionu olub. Niderlandlı mütəxəssis buna qədər vətənində "Feyenoord", "Az Alkmaar" və "Kambür" klublarını çalışdırıb.

Əlaqəli Xəbərlər