"Mançester Yunayted" 16 yaşlı braziliyalı futbolçunu transfer etmək istəyir
Operativ Media
"Mançester Yunayted" Eduardo Konseysao ilə bağlı "Palmeyras" klubu ilə danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu haqda UOL nəşri məlumat yayıb.
Mənbə bildirir ki, İngiltərə klubu 16 yaşlı braziliyalı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır. Gənc istedadla həmçinin PSJ, "Barselona", "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" klubları da yaxından maraqlanır.
"Palmeyras" öz yetirməsi üçün ən azı 50 milyon avro tələb edir. Qeyd edək ki, oyunçunun müqaviləsində 100 milyon avroluq sərbəstqalma məbləği (təzminat) nəzərdə tutulub.
Konseysao Braziliya klubunu yalnız 2027-ci ilin sonunda, yetkinlik yaşına çatdıqdan sonra tərk edə biləcək.
Cari mövsümdə gənc oyunçu keçirdiyi 13 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.