Menyu

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

Operativ Media
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.

Operativ Media  xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov yarımfinal mərhələsində prinsipial rəqibi, gürcüstanlı Dieqo Çxikvadze ilə qarşılaşıb. Rəqibini 4:2 hesabı ilə məğlub edən Cəfərov adını həlledici final mərhələsinə yazdırıb.

Digər güləşçimiz Qurban Qurbanov gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeyə 2:1 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Nihat Məmmədli (60 kq) isə sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Eyni zamanda çempionatın final qarşılaşmaları da sabah baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Əlaqəli Xəbərlər