"Kəpəz" akademiyasının iki futbolçusu ilə müqavilə imzaladı
Operativ Media
"Kəpəz" klubunun akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalanıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb.
16 yaşlı Raul hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.