Menyu

İranın DÇ-2026 qərarını Təhlükəsizlik Şurası verəcək

Operativ Media
İranın DÇ-2026 qərarını Təhlükəsizlik Şurası verəcək

İranın gənclər və idman naziri Əhməd Dünyamali bildirib ki, oyunçuların təhlükəsizliyinə zəmanət veriləcəyi təqdirdə milli komanda 2026-cı il dünya çempionatında iştirak edə bilər.

Operativ Media "Tasnim" agentliyinə istiandən xəbər verir ki, nazir bu barədə belə deyib: "Əgər ABŞ-də milli komandanın oyunçularının təhlükəsizliyi təmin olunarsa, biz dünya çempionatına gedəcəyik. Lakin iştirakla bağlı yekun qərar hökumət və Milli Təhlükəsizlik Ali Şurası tərəfindən veriləcək".

Xatırladaq ki, daha əvvəl İranın ABŞ və İsrail ilə yaşanan münaqişə səbəbindən turnirdə iştirakdan imtina etmək ehtimalı barədə məlumatlar yayılmışdı. Püşkatmanın nəticələrinə görə, G qrupunda yer alan İran millisi Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə qarşılaşmalıdır.

Əlaqəli Xəbərlər