Energetika naziri Pərviz Şahbazov Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin dövlət katibi Anja Hajduk ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Pərviz Şahbazov tviterdə bildirib.
"Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin dövlət katibi Anja Hajduk ilə Cənub Qaz Dəhlizi|nin ötürücülük gücünün artırılmasının Enerji Təhlükəsizliyi baxımından vacibliyinə və yaşıl enerji dəhlizinin yaradılmasına dair fikirlərimizi bölüşdük", - nazir qeyd edib.