Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Qaçayev müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs mopedi oğurlayaraq evinə aparıb. Daha sonra alqı-satqı saytlarından birinə elan yerləşdirərək mopedi satıb.
Rayon ərazisində 1500 manat dəyərində digər bir mopedi oğurlamaqda şübhəli bilinən S.İbrahimov və N.Əhədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.